Nazir: “Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub“

Maraqlı

10 Fevral 2023 16:49 825


"Zəlzələ nəticəsində bu günə qədər 120 polis əməkdaşı həlak olub". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

"Eyni zamanda kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də həyatını itirib", - o, əlavə edib.  pizza hut

Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub: 

"AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Çox böyük əməliyyat keçiririk. Çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda çoxlu işi görək". 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!