Nazir və arvadı koronavirusa yoluxdu – Hökumət karantinə alındı

saytların hazırlanması

Evə çatdırılma

Nazir və arvadı koronavirusa yoluxdu – Hökumət karantinə alındı

Dünya

02 Aprel 2020 17:40 612


İsrailin Səhiyyə naziri Yaakov Litzman və həyat yoldaşının koronavirus (Kovid-19) testinin nəticələrinin pozitiv çıxması İsrail rəhbərliyindəki şəxslərin karantin qərarı verməsinə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, bu hadisədən sonra Baş nazir Binyamin Netanyahu çərşənbə gününə qədər Qərbi Qüdsdəki Baş Nazirlik iqamətgahında qalacağını və işini oradan icra edəcəyi bildirib. Netanyahu ilə yanaşı İsrail kəşfiyyat xidməti Mossadın rəhbəri Yossi Cohen, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat və Səhiyyə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri də karantinə girəcəklərini açıqlayıblar. 

Xatırladaq ki, Netanyahu məsləhətçisi Rivka Paluçda Kovid-19 aşkar edildiyi üçün çərşənbə axşamı karantin altına alınsa da test nəticələri neqativ çıxmışdı. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!