Nazir və müavinləri vətəndaşlarla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazir və müavinləri vətəndaşlarla görüşəcək

Sosial

19 Avqust 2019 10:31 1247


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 30 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edəcək.

“Yeni Sabah” xəbər verir ki, 30 avqust 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Lerik şəhərində, nazir müavini Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Lənkərən şəhərində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində, Lerik şəhərində Lerik şəhəri Mədəniyyət evində, Masallı şəhərində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında saat 10:00-da keçiriləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!