Nazir voleybol federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazir voleybol federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar

İdman

08 Oktyabr 2021 20:05 954


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, F.Qayıbov yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib. Nazir Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.

Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb. Dördpendirli pizza

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!