Abbas Əraqçi Rusiyaya səfəri zamanı İranın Ali dini lideri Ayətullah Əli Xamnəinin Vladimir Putinə mesajını çatdırmaq niyyətində olduğunu bildirib.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri deyib.
“Rusiyaya səfərimin məqsədi liderdən prezident Putinə yazılı mesaj çatdırmaqdır”. Toyuqlu pizza
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə Moskvada iranlı vəzifədaşı ilə danışıqlar aparacağını bildirib.
Ötən həftəsonu İran və Amerika nümayəndə heyətləri Omanın paytaxtında məsləhətləşmələrin birinci raundu keçiriblər. Görüşdən sonra tərəflərin yeni görüşlə bağlı razılığa gəldiyi bildirilib.
Telegram kanalımız