Nazir yeni yaradılan bölməyə rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir yeni yaradılan bölməyə rəis təyin etdi

Siyasət

10 Mart 2020 10:39 767


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib. pizza sifarişi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin mayın 11-də bölmənin inzibati binasının açılışı olub.

T.Hüseynov daha əvvəl Yasamal RPİ-də işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!