Nazirdən Aprel şəhidinin oğluna hədiyyə   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən Aprel şəhidinin oğluna hədiyyə - Foto

Sosial

31 Avqust 2019 10:42 1149


Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə aprel şəhidi Raquf Orucovun oğlu Nihad Orucova planşet hədiyyə edib.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məktəblinin qohumları sosial şəbəkədə məlumat paylaşıb. 

Bildirilir ki, 3 ay bundan öncə Nihad Orucov nazirlə görüşündə məktəbdə istifadə etdiyi planşetin köhnə olduğunu deyib. Nazir isə yeni dərs ilində ona təzə planşet hədiyyə edəcəyinə söz verib və buna əməl edib. pizza

Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!