“Doqquzuncu sinif buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik”.
Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək: Sezar pizza
“Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələri ilə bağlı təkliflər hazırlanacaq”.
Ceyhun Bayramov mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacağını vurğulayıb.
Telegram kanalımız