Nazirdən iki təyinat

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən iki təyinat

Sosial

16 Oktyabr 2019 08:57 856


Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.

"Yeni Sabah" "Report”a istinadən xəbər verir ki, nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, bu vəzifə Etibar Muradlıya həvalə olunub.

O, Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb, yeni təyinata qədər nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də çalışıb. pizza hut

Bundan başqa, İ.Kərimov Elşən Cəbrayılovun Kürdəmir DAİM-in direktoru təyin edilməsi barədə əmr imzalayıb. Xatırladaq ki, əvvəlki direktor Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin "Fermerlərə yaxınlıq” prinsipini kobud şəkildə pozduğuna görə bir qədər əvvəl vəzifəsindən azad edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!