Nazirdən paylaşımında səhv tutan səhifəyə   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən paylaşımında səhv tutan səhifəyə CAVAB

Maraqlı

13 İyun 2023 18:40 1611


Elm və təhsil naziri Emin Əmrullayev feysbuk hesabında Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı paylaşımlarına görə məşhurlaşan “Grammar Azi” səhifəsinin iradına maraqlı cavab verib.

Yenisabah.az xəbər verir ki, nazir paylaşımında Bakı klubunun zəfərindən yazıb. 

“Neftçiyə zəfər yaraşır! Dominos pizza

Şuşaya zəfər yaraşır!

Azərbaycana zəfər yaraşır!!!

Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev paylaşımında bildirib.

Sözügedən səhifə elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.

Qeyd edək ki, “Neftçi” finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edərək qalib olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!