Nazirdən “uşaq pulu” ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən “uşaq pulu” ilə bağlı AÇIQLAMA

Sosial

13 Noyabr 2019 14:53 1178


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” təklifinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, nazir S. Babayev Milli Məclisdə bildirib ki, bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir: “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir. Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. 

Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir.  Sezar pizza

Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, mimumum əməkhaqqı 2 dəfə , 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!