Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu

Dünya

28 Aprel 2020 15:12 1243


Ermənistan Milli Təhlükəsizlik Xidməti eks-nazirə 22,4 milyon dollar rüşvət vermiş biznesmen, “Multi Qrup” konserninin direktoru Sedrak Arustamyanı həbs edib.

Bu barədə Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, onun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Müəyyən olunub ki, Arustamyan 2011-ci ildə biznesinə maneələrin olmaması, vergi ödəməmək və himayədarlıq üçün o zamankı maliyəy naziri Qaqik Xaçatryana 22,4 milyon dollar ödəyib. Dominos pizza

Pullar nazirin oğullarına məxsus olan xarici şirkətlərin hesabına yerləşdirilib. Korrupsiya faktının izini itirmək üçün 2 saxta kredit müqaviləsi də imzalanmışdı.

Hazırda həm eks-nazir, həm də iş adamı həbsdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!