Prezident onu nazir müavini təyin etdi -   Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Prezident onu nazir müavini təyin etdi - Sərəncam

Sosial

26 Dekabr 2019 11:26 4032


Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib.

"Yeni Sabah"ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Marqarita pizza

E.Nuriyev bu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!