Naziri topa tutdular: “Kağız üzərində çox gözəldir”

saytların hazırlanması

Evə çatdırılma

Naziri topa tutdular: “Kağız üzərində çox gözəldir”

Sosial

15 Fevral 2025 11:57 8247


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin paylaşımı müzakirələrə səbəb olub.

Yenisabah.az ucnoqte.az-a istinadla xəbər verir ki, o, "Facebook" hesabında internetin sürətinin artdığını iddia edib:

"2024-cü ildə ölkəmizdə sabit #genişzolaqlı internetin orta sürəti 2023-cü illə müqayisədə 30.3 Mbit/s artaraq 65.6 Mbit/s təşkil edib". Dominos pizza

Nazirinin bu paylaşımını izləyiciləri tənqid edib. Sosial şəbəkə istifadəçiləri "Tarifə uyğun internet verilmir", "Gəncə şəhərində sürət 30-dan yuxarı deyil", "Kağız üzərində hər şey çox gözəl görsənir", "Qiyməti nə qədər olub? 10 azn indi olub 25 azn" və s. şərhlər yazılaraq internetin qiymətinin baha olmasından şikayət ediblər.

Xatırladaq ki, 2024-cü il avqust ayından Azərbaycanda 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN tariflər tətbiq edilir. Daha əvvəl qiymətlər 50 Mbit/s internet üçün 15 AZN-dən başlayırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əhməd
    İnternet ölkədə çox zəifdir pul almaqi ancaq bacarırlar
    1 year ago