Nazirin atası kitab yazdı, təqdimatına   Cəmil Həsənli də qatıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazirin atası kitab yazdı, təqdimatına Cəmil Həsənli də qatıldı

Sosial

02 Oktyabr 2025 18:42 11386


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçi, filologiya elmləri doktoru, professor Rəhim Əliyev Cənubi Azərbaycanda 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökuməti haqqında “Qızıl səhifələr” adlı kitab yazıb. 

“Yeni Sabah” xəbər verir ki, oktyabrın 2-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərərgahında nəşrin təqdimatı keçirilib. 

Kitabda Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, M.C.Pişəvərinin və həmin dövrün siyasi xadimlərinin tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları toplanıb.  pizza sifarişi

Təqdimat mərasimində VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı, professorlar Qulu Məhərrəmli, Cəmil Həsənli və başqa alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qatılıb. 

Qeyd edək ki, Rəhim Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin atasıdır. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!