İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin verdiyi müsahibənin oğurlanması məsələsi gündəmdən düşmür.
Yenisabah.az “Etemad’”a istinadla xəbər verir ki, Finlandiyada yaşayan iranlı jurnalist Səid Agənci müsahibəni eks-prezident Mahmud Əhmədinejadın tərəfdarları vasitəsilə əldə etdiyini bildirib.
Bundan sonra həmin audioyazı “Iran International” telekanalında yayımlanıb. Marqarita pizza
Əhmədinejadın tərəfdarları bu iddianı hələlik təsdiqləməsələr də, bir müddət əvvəl prezident seçkisindən qabaq bir siyasi xəbər partlayışı olacağını dilə gətirmişdilər.
Xatırladaq ki, prezident Həsən Ruhaninin xüsusi göstərişi ilə hazırda İranın Kəşfiyyat Nazirliyi məsələ ilə bağlı təhqiqat aparır.
Telegram kanalımız