Nazirin qəbuluna yazılmaq üçün izdiham - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazirin qəbuluna yazılmaq üçün izdiham - VİDEO

Maraqlı

25 Noyabr 2022 11:46 1123


Gəncədə əhalinin şəhərdə yerləşən binalardan birinin qarşısına toplaşmasını əks etdirən görüntülər yayılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkə izləyicilərinin sözlərinə görə, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Videodan görünür ki, yüzlərlə insan izdihamla, növbəsiz şəkildə binaya daxil olmağa çalışır.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: Sezar pizza

"Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb.

Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!