Nazirin yeni təyinatı qalmaqal yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Nazirin yeni təyinatı qalmaqal yaradıb

Sosial

30 İyul 2019 18:50 2256


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyində təmsil olunanlara yaxın şəxslərin bu qurumda yüksək vəzifələrə təyin edilmələri yuxarı dairələrdə müsbət qarşılanmayıb.

Bu haqda “Yeni Sabah”a nazirlikdə çalışan və adının çəkilməsini istəməyən şəxs bildirib. Məlumata görə, nazirliyin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşı İsmayıl İsrafilovun ƏƏSMN-nin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edilməsi də narazılığa səbəb olmuş təyinatlardandır.

Xəbərə görə, nazir Sahil Babayevin İsmayıl İsrafilovu vəzifəsində saxlaması dövlət qulluğu ilə bağlı qanunvericiliyə ziddir. Çünki nazirlikdə tikinti məsələlərinin bilavasitə Aparat rəhbərinin nəzarətində olduğu bildirilir. Bu isə qeyd edilən sahədə şəffaflıqla bağlı ciddi şübhələr doğurur. pizza mizza

Qeyd edək ki, Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarəti, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılmasını, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həlli məqsədilə yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!