Nazirlər həbs olundu, ordu hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər həbs olundu, ordu hərəkətə keçdi

Dünya

25 Oktyabr 2021 07:29 2221


Sudanın Xartum ştatında 4 nazir, eləcə də yüksək rütbəli digər məmurlar həbs edilib. “Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ordu paytaxta bütün girişləri və körpüləri bağlayıb.

Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkənin hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir. Dominos pizza

Hərbçilərin Sudanın Baş naziri Abdullah Hamdukun evini mühasirəyə aldığı bildirilir. O, ev dustaqlığına buraxılıb.

Yaxın vaxtlarda ölkənin Suveren Şurasının rəhbəri Abdel Fəttah əl-Burxanın bəyanat verəcəyi gözlənilir. Paytaxtda kütləvi həbslər əl-Burxanın baş nazir Abdullah Hamdukla görüşündən sonra başlayıb.

"Al Arabiya" telekanalı isə ölkənin paytaxtında mobil əlaqə və internetin tamamilə kəsidiyini xəbər verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!