Nazirlər Kabineti qərara dəyişiklik etdi: Benzinin qiyməti necə olacaq? - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabineti qərara dəyişiklik etdi: Benzinin qiyməti necə olacaq? - Mühüm açıqlama

İqtisadiyyat

10 Mart 2024 17:07 13643


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bəs, ölkəyə idxal edilən benzin üçün aksiz dərəcələrinin azaldılması, gömrük rüsumunun ləğv edilməsi yanacağın qiymətini ucuzlaşdıra bilərmi? Dominos pizza

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az-a deyib ki, rüsumların ləğv edilməsi ilə yanacağın qiymətinin düşməsini gözləmək sadəlövhlük olar. Benzinin qiyməti düşməyəcək.

Ekspertin fikrincə, bu qərar qiymətlərin bundan sonra artmasının qarşısını almaq üçündür:

"Bizim hələ də kritik dərəcədə idxaldan asılılığımız ona şərait yadır ki, dünya bazarındakı qiymət artımı daxili bazara təzyiqlər göstərir. Hökümətin rüsumların ləğvi ilə bağlı qəbul etdiyi qərar məhz bu təzyiqlərin qarşısının alınmasına yönəlib".

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, sözügedən bu rüsumlar ötən il də endirilib. Bu da Neft Emalı Zavodunun tam istismara verilməməsi ilə bağlıdır:

“Azərbaycan öz tələbatını ödəmək üçün benzin və mazutu xarici ölkələrdən idxal edir. Onların qiymətlərinin indiki səviyyədə saxlanılması üçün rüsumlar ləğv olunur. Bu baxımdan ötənilki təcrübə də nəzərə alınaraq deyə bilərəm ki, qiymət endirimi olmayacaq”.

O əlavə edib ki, benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:

“Ötən illlərdə dünya bazarında neft ucuzlaşsa da, benzinin qiyməti olduğu kimi saxlanıldı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasif
    Nəsə dünya bazarının ancaq iqtisadi qalxmaları ilə bu ölkənin daxilində bidə xalqçün bir iş görmədiz. Halbuki Dünya necə dolandıgınıda görürük. Nefti qazı olan ölkə hər il hər şeyi qaldırır. Hansı bir bayram gəlirsə qarşıda uje bayramı unuduruq ancak bu bayramın qara xəbər qiymət artımın düşünürük. Allah eləsin hər şey tükənsin bu ölkədə. Sizin canınız qiymət qaldırmakdan bizimkidə bahalaşmadan narahatçılıgndan rahat olsun. Bu ölkədə yaşamak nəfəs almagı bu yaxınlarda pulla edəcəksiz
    2 years ago