Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Sosial

31 Yanvar 2020 16:18 1243


Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

"Yeni Sabah" xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

“Dövlət satınalmaları haqqında” qanuna əsasən, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürülür. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməlidir. Fərmana əsasən, bu səlahiyyət Nazirlər Kabinetinə verilib. Dominos pizza

Başqa sözlə, Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!