Nazirlərin görüşü keçiriləcək: Tovuz təxribatından sonra ilk dəfə

saytların hazırlanması

Evə çatdırılma

Nazirlərin görüşü keçiriləcək: Tovuz təxribatından sonra ilk dəfə

Siyasət

30 İyul 2020 13:40 810


ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüşün konkret tarixi göstərilməyib. Məlumatda bildirilir ki, Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təmaslar payızın əvvəlinə təsadüf edəcək. 

Məlum olduğu kimi, koronavirus pandemiyası və Ermənistan rəhbərliyinin məqsədli fəaliyyəti nəticəsində son aylarda Qarabağ danışıqları faktiki olaraq dayanıb. Ermənistan danışıqlar prosesini dondurmaq üçün müxtəlif yollara əl atır. Bunun da səbəbləri var.  Sezar pizza

Rəsmi İrəvan haqsız durumda olduğunun fərqindədir.  Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını artıq ABŞ Konqresi də tanıyıb. Uzun illər idi ki, erməni lobbisi buna mane olurdu. Amma bu dəfə bütün ciddi-cəhdlərə baxmayaraq istəklərinə çata bilmədilər. Artıq dünya Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etməsində Ermənistanın təqsirkar olduğunu başa düşüb.

Rəsmi İrəvanın “iyul təxribatı” isə Ermənistanın sülh danışıqlarında səmimi olmadığını, işğal olunmuş əraziləri nəinki boşaltmaq niyyətində olduğunu, əksinə hərbi təcavüz nəticəsində yeni-yeni ərazilər işğal etmək istədiyini bütün çılpaqlığı ilə ortaya qoydu.

Bu baxımdan, payızda keçiriləcək görüşün əvvəlki təmaslardan fərqlənəcəyini düşünmək olar. 

Əvvəla,  bu görüş Qarabağ danışıqlarının belə demək olarsa, uzun müddətdən sonra bərpası olacaq. Digər tərəfdən, bu təmas həm də Tovuz hadisələrindən sonra, eyni zamanda Azərbaycanın yeni xarici işlər nazirinin iştirakı ilə ilk görüş olacaq.

Ermənistanın siyasi və hərbi avantüraları ilə danışıqları pozmaq cəhdinə qarşı Azərbaycanın “hücum diplomatiyası”na keçid alması bu dəfəki danışıqlarda da özünü göstərə bilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Prezident İlham Əliyev isə Soçidə “Qarabağ Azərbaycandır və nida” deməklə bu faktı yüksək səslə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.     

İkincisi, müşahidələr göstərir ki, artıq Bakı Ermənistanın hərbi avantüralarına da səssiz qalmaq niyyətində deyil. İrəvanın “İyul təxribatın”a sarsıdıcı zərbə ilə cavab verilməsi, Azərbaycan cəmiyyətinin torpaqlarını işğaldan azad ermək üçün ayağa qalxması, dünyanın hər yerində bu məsələnin gündəmə gəlməsi payızda keçiriləcək danışıqlara təsirsiz ötüşməyəcək. 

Ekspertlər hesab edir ki, Bakı danışıqlarda “hücum diplomatiyasını” davam etdirməlidir, aqressorlar öz dilində danışmalıdır. Bir halda ki, güclü ordusu olan və bunun lokal döyüşlərdə dəfələrlə sübut edən Azərbaycanı müharibə hədələri qorxutmursa, o zaman danışıqlarda haqlı mövqeyini uca səslə müdafiə etməlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!