Xəbər verildiyi kimi bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü olacaq. Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib ki, Moskva görüşü Rusiyanın öz moderatorluğunu saxlamaq cəhdidir:
“Vaşinqton artıq Qarabağ konfliktinin həlli ilə bağlı yenidən taymaut götürdü. Ötən il göstərdiyi fəallıq nəticəsiz qaldı. ABŞ gördü ki, Yerevanda inqilab heç də Ermənistanın müstəqlliyinə gətirib çıxarmadı. Ölkə Rusiyanın nəzarətindədir. Ona görə də prosesdən uzaqlaşaraq Minsk qrupu çərçivəsində ənənəvi siyasətinə qayıtdı. pizza sifarişi
Moskvada Minsk qrupunun iştirakı ilə keçirlən görüşdə Vyanda əldə olunan humanitar missiyaların həyata keçirilməsi istiqamətində razılaşmaya əsasən, Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması müzakirə oluna bilər. Amma Ermənistan tərəfinin girovların azad olunması üçün əməli addım atmaması və prosesi qəsdən uzatması gözlənilir.
Bundan əlavə, Moskva görüşü cəbhə zonasında atəşkəsin qorunmasına və Ermənistanı hərbi təzyiqlərindən qorunmağa hesablanıb. Rusiya göstərmək istəyir ki, proses artıq öz nəzarətindədir. Hərbi eskalasiyaya çalışacaq ki, imkan verməsin”.
Politoloq qeyd edib ki, prezidentlərin Vyana görüşü nəticəsiz başa çatdısa, demək Moskva görüş manipulyasiyadır:
“Rəsmi Bakı bu kimi danışıqlardan geri çəkilməlidir. Cəbhə xəttində artıq silah səsləri aydın eşidilməyə başlanıb. Vyana görüşündən sonra bu gözlənilirdi. Azərbaycan artıq güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur. O zaman nəticə ola bilər ki, Rusiya kənara çəkilsin. Azərbaycan nə etməlidir? Əgər cəbhə xəttində işğalçıya güclü zərbələr endirilsə, proses 180 dərəcə Azərbaycanın leyhinə olacaq. Biz Ermənistan rəhbərliyinə kifayət qədər vaxt verdik ki, ölkədə daxili siyasi sabitliyə nail olsun, hakimiyyətini gücləndirsin. Amma Ermənistan rəhbərliyi tam başqa bir istiqamət aldı.
Rusiyanın bu "sülhpərvər" danışıqlarına ümid etməməliyik. Krımı işğa edən bir ölkə MDB məkanında bu kimi münaqişələrə yaşıl işıq yandırmayacaq”.
Günay Rəsulqızı
Telegram kanalımız