Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 6-da Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların gündəliyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, nazirliyin məlumatında qeyd olunur:
"Görüş iki ölkənin XİN rəhbərləri arasında müntəzəm dialoqun davamı olacaq. Nazirlər sonuncu dəfə 9 sentyabr 2021-ci ildə telefonla danışdılar. Dialoq zamanı xarici işlər nazirliklərinin başçıları Xəzər dənizində, Cənubi Qafqazda, Fars körfəzi zonasında, Yəməndə, Livanda və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, regional gündəmin digər aktual mövzularında "saatlarını sinxronlaşdıracaqlar". Pepperoni pizza
Telegram kanalımız