Nazirlik 154 minə iki maşın alacaq - Tender

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 154 minə iki maşın alacaq - Tender

İqtisadiyyat

03 Dekabr 2020 15:29 1262


Kənd Təsərrüfatı Nazirliyi (KTN) “Azərmaş Group” MMC ilə maliyyə dəyəri 154 000 AZN olan müqavilə bağlayıb. 

Yenisabah.az xəbər verir ki, MMC bu məbləğə KTN-i 2 ədəd xüsusi təyinatlı avtomobillə təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfaildir.

MMC 1 ildir fəaliyyət göstərməsinə və nizamnamə kapitalının 10 AZN olmasına baxmayaraq qısa müddət ərzində iri məbləğli tenderlərdə iştirak etməyə başlayıb. Sezar pizza

Şirkət noyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi 2, 5 milyonluq tenderin qalibi olub. MMC bu məbləğə nazirliyi 206 ədəd minik avtomibili ilə təmin etməlidir.

Rəqəmlərdən də göründüyü kimi alınacaq bir ədəd minik avtomobilinin qiyməti orta hesabla 12,2 min manat təşkil edəcək.

KTN alacağı avtomobillərin birinin qiyməti isə 77 000 AZN edir.

Mediada gedən məlumatlardan aydın olur ki, “Azərmaş Group” MMC “Azərmaş” ASC-nin törəmə şirkətidir. ASC “Khazar”, “Ravon” və “QAZ” markalı avtomibillərin istehsalçısıdır. Görünür, ASC-nin avtomobilləri bu MMC vasitəsilə realizə edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!