Nazirlik 200-dən çox işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 200-dən çox işçi axtarır

Sosial

06 Sentyabr 2019 08:59 1004


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Nazirlikdən "Yeni Sabah"a bildirilib ki, əsasən aqronom, baytar feldşeri, baytar həkimi, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var.

Bildirilir ki, bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər. Toyuqlu pizza

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat arasında dəyişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!