Nazirlik ac saxlanılan atlara yardım göstərdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ac saxlanılan atlara yardım göstərdi - Fotolar

Rəsmi

23 Aprel 2021 18:58 821


Mədəniyyət Nazirliyi Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

"Bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib. Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib. Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb", - məlumatda vurğulanıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!