Nazirlik ağac kəsən şirkəti belə cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ağac kəsən şirkəti belə cəzalandırdı

Sosial

22 Yanvar 2020 06:59 1352


Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında  ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, araşdırma  zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və  ağacların bir qisminin kəsildiyi aşkar edilib. 

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət  26760 manat məbləğində cərimə olunub. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!