Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır. Marqarita pizza
Telegram kanalımız