Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.
Bu barədə “Yeni Sabah”a ETSN-dən məlumat verilib. Bildirilib ki, müşahidələr davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır. Dominos pizza
Telegram kanalımız