Nazirlik bu şirkəti 50 min manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

Sosial

02 Mart 2020 14:57 1071


Bakıda ağacları kəsən şirkət cəzalandırılıb. "Yeni Sabah"ın məlumatına görə, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib". Sektor müdiri əlavə edib ki, faktla bağlı akt və protokol tərtib olunub: "Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!