Nazirlik daha bir şirkəti cəzalandırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik daha bir şirkəti cəzalandırdı - Foto

Sosial

18 Mart 2020 14:39 507


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan filialının ərazisində tullantıların ətrafa atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, əraziyə keçirilən baxış zamanı şirkətin ərazisində formalaşan bərk tullantıların qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi, yeni neft quyusunun qazılması zamanı əmələ gələn tullantı sularının ətrafa axıdıldığı və qazma şlamlarının qəbul məntəqələrinə təhvil verilmədiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunaraq şirkətin Azərbaycan filialının hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!