Nazirlik əhaliyə müraciət etdi - Hava soyuyacaq

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əhaliyə müraciət etdi - Hava soyuyacaq

Sosial

22 Yanvar 2020 15:35 1584


"Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırırıq".

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

O, vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar. Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.  Dördpendirli pizza

Milli Hidrometeorologiya Departamentinin verdiyi proqnoza görə, ölkə ərazisində yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 23-də güclü cənub-qərb küləyini əsəcəyi, yanvarın 24-də isə güclü  şimal-qərb  küləyi  ilə  əvəz olunacağı gözlənilir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!