Nazirlik əlilliyi olan şəxsləri “Duzdağ”a göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əlilliyi olan şəxsləri “Duzdağ”a göndərdi

Sosial

22 İyul 2019 08:25 1073


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. 

Bu istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!