Nazirlik əməkdaşları 58 mindən çox  ağac əkdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əməkdaşları 58 mindən çox ağac əkdi

Sosial

18 Mart 2020 11:10 574


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir. 

"Yeni Sabah"ın xəbərinə görə, bu barədə Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov məlumat verib.

O bildirib ki, son bir həftə ərzində Quba, Ağcabədi, Şəmkir, Göygöl, Bərdə, Zaqatala və Şamaxı rayonlarında Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən 50 hektar ərazidə  58 150 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.  pizza hut

O qeyd edib ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə regionlarda 150 hektar sahədə 174 350 müxtəlifcinsli ağac əkilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!