Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisaslaşmış təşkilat tərəfindən ingilis dilində müxtəlif səviyyələr üzrə üç aylıq kurslar təşkil olunub.
"Yeni Sabah" xəbər verir ki, əməkdaşlar xarici dil biliklərini artırmaları üçün bu kurslara cəlb ediliblər. Üç qrup üzrə təşkil olunan kurslar peşəkar xarici dil mütəxəssisləri tərəfindən aparılır. Belə kursların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Müasir bilik və bacarıqlara, geniş dünyagörüşünə malik əməkdaşların xarici dillərə yiyələnmələri onların öz fəaliyyətlərini daha səmərəli qurmalarına, müvafiq sahədə beynəlxalq təcrübələri fəal şəkildə mənimsəmələrinə imkan yaradır. Toyuqlu pizza
Telegram kanalımız