Nazirlik ictimai dinləmə keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ictimai dinləmə keçirəcək

Sosial

16 Yanvar 2020 09:53 1075


Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə 23 yanvar 2020-ci il tarixində  keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

O qeyd edib ki, Nazirliyin Dövlət Ekspertiza İdarəsində keçiriləcək ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək.  Dominos pizza

“İctimai dinləmələrdə idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək”. 

Nazirliyin sözçüsü bildirib ki, ötən ildən başlayaraq  ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!