Nazirlik karxana sahibini 3 min manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik karxana sahibini 3 min manat cərimələdi

Sosial

09 May 2020 10:15 495


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib.

ETSN-dən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!