Nazirlik kolları çıxaran şirkətlə bağlı prokurorluğa müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik kolları çıxaran şirkətlə bağlı prokurorluğa müraciət etdi

Maraqlı

03 May 2023 12:02 715


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi, eyni zamanda ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı ərazidən 687 m3 həcmində gil kütləsinin götürülməsi və 23 kolun çıxarılmasının “İftixar” kiçik müəssisəsi tərəfindən həyata keçirilməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Marqarita pizza

“Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!