Nazirlik “Melissa Park” sakinlərini cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik “Melissa Park” sakinlərini cərimələdi

Sosial

04 Oktyabr 2019 15:07 908


Yasamal rayonu, H.Zərdabi küçəsi 192 A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin sakinləri tərəfindən kompleksin ərazisinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. 

"Yeni Sabah"a daxil olan məlumata görə, nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

Araşdırma zamanı tikinti tullantılarının mənzilləri təmir olunan sakinlər- Fərid Cəlalov və Misirxan Məmmədov tərəfindən atıldığı aşkar edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokollar tərtib edilib və hər biri fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunub.   pizza

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi məqsədilə “Melissa Park” yaşayış  kompleksinin rəhbərliyinə icrası məcburi  olan “məcburi göstəriş” verilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!