Nazirlik nəşi tapılan pilotumuzla bağlı rəsmi məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik nəşi tapılan pilotumuzla bağlı rəsmi məlumat yaydı

Sosial

20 Avqust 2019 11:25 1306


Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. pizza

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!