Birdəfəlik müavinətlə bağlı müraciət edib mənfi cavab alanların əksəriyyətinə səbəb kimi mülkiyyətlərində pay torpaqlarının olması göstərilir. Amma bu şəxslərin çoxu həmin pay torpaqlarından istifadə etmədiklərini deyirlər. Dövlət Məşğulluq Xidməti daha hansı hallarda insanlara bu müavinətlərin verilməməsini də aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər Xəbər-ə açıqlamasında deyib ki, onlara ən çox ünvanlanan suallardan biri də məhz pay torpaqları ilə bağlıdır.
Əsmər Nəcməddinqızının bildirib ki, bütün bu proses məşğulluq haqqında qanunla tənzimləndiyinə görə həyatyanı torpaq sahəsi istisna olmaqla, mülkiyyətində pay torpağı, habelə mülkiyyətində kənd təssərrüfatı təyinatlı torpaq sahələri olan şəxslər birdəfəlik müavinətin əhatə dairəsinə düşmürlər. Bu icarəyə götürülmüş torpaq sahələri üçün də keçərlidir. pizza mizza
Digər bir məqam isə ailədə yetkinlik yaşına çatmış işsiz olan övladların bu müavinətləri ala bilməsi ilə bağlıdır. Xidmət sözçüsünün sözlərinə 18 yaşından yuxarı işsiz olan bu şəxslər bir dəfəlik maüvinətlərdən faydalana bilərlər.
Əsmər Nəcməddinqızı həmçinin başqa bir sıra məqamlarda vətəndaşlara imtina gəlmə səbəblərini açıqlayıb.
Qeyd edək ki, bu gün daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Vətəndaşlar müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə sms göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, sms-də "azərpoçt" mmc qeyd edilibsə istənilən poçt şöbəsinə, sms-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Telegram kanalımız