Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi

Sosial

07 Aprel 2020 14:56 925


Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz. Dominos pizza

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!