Nazirlik şikayət yerində araşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik şikayət yerində araşdırdı

Sosial

16 Mart 2020 14:44 657


Yasamal rayonu, Tibilisi prospektində “İst food” kafesinin tikintisi zamanı bir neçə ağacın kafenin binasının içərisində qalması və quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, sözügedən ünvana keçirilən baxış zamanı kafenin daxilində 18 ağacın qaldığı məlum olub. Araşdırma zamanı ağacların qurumadığı, Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında budandığı və onlara mütəmadi aqrotexniki qulluq göstərildiyi müəyyən edilib. 

Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və “İst” firmasına məxsus kafenin tikintisi zamanı ağac kəsintisi faktının olmadığı aşkar edilib. Hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması, zədələnməsi hallarına yol verilməməsi üçün “İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!