Nazirlik sudan istifadə ilə bağlı əhaliyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə müraciət etdi

Sosial

22 Mart 2019 21:21 980


Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!