Nazirlik Sumqayıtda ağac kəsiminə görə hərəkətə keçdi -   “Kristal Abşeron”a akt tərtib olundu

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Sumqayıtda ağac kəsiminə görə hərəkətə keçdi - “Kristal Abşeron”a akt tərtib olundu

Sosial

08 Yanvar 2020 10:43 1453


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb və əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkarlanıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.  Marqarita pizza

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

Qeyd edək ki, bununla bağlı Sumqayıt sakinləri tərəfindən saytımıza da şikayət daxil olmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!