Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən maarifləndirici aksiya keçirilib.
Yenisabah.az xəbər verir ki, aksiya çərçivəsində Bakı şəhərininin iri supermarketlərinə maarifləndirici materiallar paylanılıb. Koronaviruslar, bu virusların törətdiyi təhlükəli COVID-19 xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin girişinə vurulub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, eyni zamanda, marketdən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əlyuma və tibbi maskadan istifadə qaydaları, yoluxucu COVID-19 xəstəliyini qrip və soyuqdəymədən fərqləndirən xüsusiyyətlərə dair buklet və vərəqələr təqdim edilib. pizza sifarişi
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib.
Telegram kanalımız