Nazirlik turizm şirkətini cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik turizm şirkətini cəzalandırdı

İqtisadiyyat

24 Oktyabr 2019 15:31 1381


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Yegane Tourism and Production" MMC-nin barəsində inzibati protokol tərtib edib.

“Yeni Sabah” ETSN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokla əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə təqsirli bilib və 10500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmənin 15 avqust 2019-cu il tarixli qərarından MMC-nin direktorunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. pizza

Turizm şirkəti olan "Yegane Tourism and Production" MMC-nin ünvanı kimi "Yeganə" şadlıq sarayı göstərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!