Nazirlik Ucardakı bacılara kömək edəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Ucardakı bacılara kömək edəcək

Sosial

22 Mart 2019 18:04 838


"Ucar rayonunun Bərgüşad kəndində yaşlı üç bacıdan -Fatma, Rəfiqə və Xədicə Novruzovalardan ibarət ailənin çətin maddi durumda yaşaması barədə sosial mediada yayılan məlumatla əlaqədar nazirliyin əməkdaşları həmin ailənin yaşadığı ünvana gedərək onların vəziyyəti ilə yerindəcə tanış olublar".

"Yeni Sabah"ın məlumatına görə, bunu  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, ailənin maddi vəziyyəti nəzərə alınmaqla ünvanlı sosial yardım proqramına cəlb olunması üçün elektron müraciət etməsinə texniki köməklik göstəriləcək:

"Həmçinin ailənin özünməşğulluğuna köməklik göstərilməsi üçün müvafiq işlərin görülməsi də nəzərdə tutulur. Pepperoni pizza

Ailə üzvü, 2-ci qrup əlilliyi olan X.Novruzova səhhətində müəyyən ağırlaşmaların olduğunu bildirib. Bununla əlaqədar ona əlillik qrupunun 1-ci qrupa dəyişdirilməsi məqsədilə müvafiq göndərişin elektron sistemə daxil edilməsi üçün səhiyyə müəssisəsinə müraciət etməsi tövsiyə olunub və bu barədə aidiyyəti izahat verilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!