Nazirlik və BŞBPİ Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik və BŞBPİ Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı

Sosial

30 Oktyabr 2019 09:11 865


Səhiyyə Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətilə bağlı məlumat yayıb.

Yeni Sabah-ın xəbərinə görə, nazirlik Oqtay Gülalıyevin gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. “Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”, - deyə məlumatda bildirilir.

Bakı Şəhər Baş Polis idarəsi isə qəza ilə bağlı məlumat yayıb. pizza sifarişi

Məlumatda deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. “İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülmüşdür. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilmiş, sürücü Kənan Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilmişdir.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır”.

Oqtay Gülaləyevin yaxınları isə bildirib ki, hüquq müdafiəçisinin vəziyyəti kritikdir və həkimlər onun təcili əməliyyat edilməli olduğunu deyirlər. 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!